Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2023 04:24
Müğənni Rita Ora Londonun "Heaven" gecə klubunda həyat yoldaşına həsr olunmuş yeni musiqisini ifa edib.
O, paytaxt barında əri Tayka Vaytitiyə ithaf etdiyi "You Only Love Me" mahnısını ifa edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 32 yaşlı ulduz şəffaf geyimlə diqqət çəkib.
Qeyd edək ki, ötən il Rita Ora bir ilə yaxın görüşdüyü Vaytiti ilə evlənib. Müğənni və kinorejissor Londonda gizli şəkildə nigaha daxil olublar. Cütlüyün yaxın vaxtlarda möhtəşəm toyu olacağı gözlənilir.