Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prokuror BDU-nun müəlliminə qarşı 50 min manat dələduzluq edən şəxsə cəza istədi

Prokuror BDU-nun müəlliminə qarşı 50 min manat dələduzluq edən şəxsə cəza istədi

Tarix: 15 Oktyabr 2019 22:42

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etmədə ittiham olunan 1967-ci il təvəllüdlü Eldar Yusifovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Trend-in məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə cəza istəyib.

Dövlət ittihamçısı E.Yusifovun 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, E.Yusifov tanışı Hüseyn Məmmədovdan 50 min manat alaraq vəzifəli şəxslərə verəcəyini və onun oğlunu hüquq-mühafizə orqanlarına işə düzəldəcəyini vəd edib.

Bak Dövlət Universitetinin fəlsəfə müəllimi ola Hüseyn Məmmədov rüşvət verdiyi üçün bu işdə zərərçəkmiş kimi yox, şahid kimi tanınıb və təqsirləndirilənin azadlığa buraxılmasını istəyib.

E.Yusifova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 34, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Prokuror müəlliminə qarşı manat dələduzluq edən şəxsə cəza istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ