Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Dağıntılar altında qohumlarım var” deyib oğurluq edirlər

“Dağıntılar altında qohumlarım var” deyib oğurluq edirlər

Tarix: 21 Fevral 2023 07:28

Ardıcıl iki zəlzələ ilə viran qalan Türkiyənin Adıyaman bölgəsində dağıntıların təmizlənmə işləri davam etdirilir. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, xilasetmə qruplarına cəlb olunmaq istəyən dələduzlar da az deyil.

Belə ki, onlar "dağıntılar altında qohumlarım var" deyərək qruplara zəng edirlər. Sonra isə dağıntılar altından pul və qızıl olan seyfləri çıxarmağa çalışırlar.

Axtarış-xilasetmə işlərinin böyük hissəsi tamamlanan ərazi üzrə nümayəndəlikdən bildirilib ki, hazırda oğurluq hallarına qarşı tədbirlər görülür:

"İndi yalnız vətəndaşların yenidən axtarış-xilasetmə tələb etdiyi yerlərdə işləyirik. Hətta dağıntıların bəzilərini 8-10 dəfə axtardıq... Polisimiz, jandarmımız, əsgərlərimiz oğurluq hadisələrinə qarşı küçələrdə dolaşır. Belə hallarda nə lazımdırsa onu edirik".

Milli.Az


Etiketlər:  Dağıntılar altında qohumlarım var deyib oğurluq edirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ