Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Məni az qala boğurdular” - FOTO

“Məni az qala boğurdular” - FOTO

Tarix: 2 Mart 2023 18:06

"Mən tərpənə və danışa bilmirdim..."

Məşhur amerikalı aktyor Brendan Freyzer "Mumiya" filminin çəkilişləri zamanı baş vermiş xoşagəlməz hadisəni xatırlayıb.

Freyzer bu barədə "The Kelly Clarkson Show"da çıxışı zamanı danışıb.

Aktyor bildirib ki, çəkilişlərdən birində ölüm təhlükəsi yaşayıb.

"Məni yanlışlıqla az qala boğurdular. Orada asılma səhnəsi var idi. Kamera mənə tərəf çevrildi və mən ayaq barmaqlarım üzərinə qalxdım. Üzərimdəki kəndiri tutan oğlan onu bir az da yuxarı çəkdi. Bundan sonra mən yerimdən tərpənə bilmədim, həmçinin danışa da bilmədim. Lakin çəkiliş qrupu vaxtında müdaxilə edə bildi", - deyə o, başına gələnləri nəql edib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, sənətçinin sözlərinə görə, həmin an sükut çöküb, koordinator isə onu özünə gətirməyə çalışıb.

"Təbrik edirəm, siz klubdasınız - eyni hadisə "Cəsur ürək" filmində Mel Gibsonun da başına gəlmişdi", - deyə koordinator Freyzeri sakitləşdirməyə cəhd edib.


Etiketlər:  Məni qala boğurdular FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ