Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu yollarda sıxlıq yaranıb - SİYAHI

Bu yollarda sıxlıq yaranıb - SİYAHI

Tarix: 7 Mart 2023 08:36

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hazırda paytaxtın küçə və prospektlərində müşahidə olunan sıxlıqla bağlı məlumat yayıb.

Mərkəzdən Milli.Az-a bildirilib ki, hazırda paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Hal-hazırda yollardakı vəziyyət:

1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

5. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;

6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

7. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

8. Zərifə Əliyeva küçəsində;

9. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

11. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

12. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

13. "20 Yanvar" dairəsində sıxlıq müşahidə olunur.

Milli.Az


Etiketlər:  Bu yollarda sıxlıq yaranıb SİYAHI


RƏYLƏR