Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kim Çen In: "Şimali Koreya hər an nüvə silahından istifadə etməyə hazır olmalıdır"

Kim Çen In:

Tarix: 20 Mart 2023 16:52

Martın 18-19-da Koreya Xalq Demokratik Respublikasının (KXDR) Silahlı Qüvvələri taktiki nüvə potensialının təkmilləşdirilməsi üzrə təlimlər keçirib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat verib.

Qeyd olunub ki, manevrlər zamanı təqribən 800 km uçan və hədəfi vuran taktiki raket buraxılıb.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının Sədri Kim Çen In deyib ki, ölkəsi müharibənin qarşısını almaq üçün hər an nüvə silahından istifadə etməyə hazır olmalıdır.

Pxenyan həmçinin bildirib ki, ABŞ və Cənubi Koreya Şimali Koreyaya qarşı birgə hərbi təlimləri genişləndirir.

Milli.Az


Etiketlər:  Kim Çen In Şimali Koreya hər an nüvə silahından istifadə etməyə hazır olmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ