Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2023 22:30
Martın 31-də axşam saatlarında Tiflisdə ikinci dəfə həyəcanlı anlar yaşanıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, paytaxtın mərkəzində yerləşən "Fabrika Tbilisi-Art Qalereya"da bomba həyəcanı yaşanıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin "112" qaynar xəttinə zəng vuran naməlum şəxs art-qalereyada partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat verib.
Mərkəzdə çalışan işçi personal, eləcə də qonaqlar və ziyarətçilər dərhal təxliyə olunublar.
Hazırda polis və istehkamçılar (minaaxtaranlar) hadisə yerindədirlər.
Binanın yerləşdiyi ərazi əhatəyə alınıb və ora heç kim buraxılmır.
Qeyd edək ki, bu hadisədən bu öncə "Ambasador" otelində yanğın olub.