Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2019 14:57
Bakı. Trend:
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DSX-dən Trend-ə verilən məlumata görə, oktyabrın 18-də Cəlilabad rayonunun Yusifli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.
Sərhəd naryadı tərəfindən 2 nəfər sərhəd pozucusunun hərəkəti aşkar olunub, qaçaqmalçılar dövlət sərhədindən qanunsuz keçirdikləri əşyaları ataraq geri qaçıblar.
Həmin əşyalara baxış keçirilib, 15 kq 445 qram narkotik vasitə və 580 ədəd “Metodon-40” psixotrop dərman preparatları olması müəyyən edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin