Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Olimpiya Oyunlarının yeni loqotipi təqdim olundu - Şəkil

Olimpiya Oyunlarının yeni loqotipi təqdim olundu - Şəkil

Tarix: 22 Oktyabr 2019 11:28

2024-cü il Olimpiya Oyunlarının Təşkilat Komitəsi yeni loqotipini təqdim edib.

Qol.az-ın Təşkilat Komitəsinin "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, loqotip özündə medal, Olimpiya alovu və bir qadın obrazını – ölkənin rəsmi simvolu olan Mariannanı cəmləşdirir.

"Medal, od, Marianna. Bu, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya və Paralimpiya oyunlarının yeni simasıdır”, - məlumatda deyilir.

Loqotip ağ rəngli alovun təsvir edildiyi yuvarlaq bir qızıl medaldır. Onun üzərində qızıl saçlı bir qadının təsvirini də görmək mümkündür. 

Qeyd edilir ki, tarixdə ilk dəfə emblem Olimpiya və Paralimpiya Oyunları üçün ümumi olacaq. Olimpiada 2024-cü ildə 26 iyul - 11 avqustda, Paralimpiada isə 28 avqust - 8 sentyabrda keçiriləcək.

 


Etiketlər:  Olimpiya Oyunlarının yeni loqotipi təqdim olundu Şəkil


RƏYLƏR