Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb (VİDEO)

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb (VİDEO)

Tarix: 22 Oktyabr 2019 14:30

Bakı. Trend:

Gömrükçülər külli miqdarda narkotik vasitənin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Astara gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan Respublikası vətəndaşının əl yükü rentgen aparatında yoxlanılarkən monitorda şübhəli cizgilər müşahidə olunub.

Nəqliyyat vasitələrinin ehtiyat hissələrindən ibarət olan həmin yük saxlanılıb və təkrar yoxlanılıb.

Yoxlama zamanı sellofan torbada olan karton qutunun içərisində, iki ədəd ehtiyat hissənin hər birinin daxilindəki boşluqda 2 ədəd bağlama aşkar edilib.

Həmin bağlamalarda isə ümumilikdə 2935 qram narkotik vasitə - tiryək aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ