Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2023 19:16
Türkiyədəki prezident seçkilərində namizədliyini geri çəkəcəyi deyilən Sinan Oğan həmin iddialara münasibət bildirib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, namizədliyini geri çəkəcəyi iddialarının həqiqəti əks etdirmədiyini deyib.
"Bizə qarşı oynanılması nəzərdə tutulan oyunlara alət olmayın", - deyə o vurğulayıb.
Qeyd edək ki, Sinan Oğan "ATA" İttifaqından prezidentliyə namizəddir.
Xatırladaq ki, Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem İnce prezidentliyə namizədliyini geri götürüb.