Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2023 21:00
"Avroviziya" təmsilçilərimizdən olan Nadir Rüstəmli və Samirə Əfəndi arasındakı küsülülük bitib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənnilər instaqram profillərində bir-biri ilə bağlı paylaşım edib. Belə ki, "Avroviziya 2023"ün final gecəsində təmsilçilərimiz Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə dəvət alıblar.
Məkanda Samirənin "Mata Hari" mahnısı səsləndirilib. Həmin an Nadir də mahnını oxumağa başlayıb. O, videonu instaqram səhifəsində yayımlayaraq Samirəni işarələyib.
Samirə də Nadirin görüntüsünü yayımlayaraq, Fransada olduğu üçün gecəyə qatıla bilmədiyini vurğulayıb.
Qeyd edək ki, təmsilçilərimiz arasındakı soyuqluğa səbəb Samirənin ötən il "Avroviziya"ya qatılan Nadirə yox, Norveç təmsilçisinə dəstək olması olub. "Dilarə Kazımova, Səmra Rəhimli, Aysel Teymurzadə mənə dəstək oldu. Samirə Əfəndi də dəstəklədi, amma məndən daha çox Norveçə dəstək oldu". deyə, Nadir bildirmişdi.