Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran müxalif jurnalistlərin ailələrini girov götürür

İran müxalif jurnalistlərin ailələrini girov götürür

Tarix: 24 May 2023 21:58

Molla rejimi xaricdə mühacirətdə yaşayan müxalif jurnalistlərin İranda yaşayan ailə üzvlərini girov götürür.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Avropada fəaliyyət göstərən jurnalist Şima Şəhrabi məlumat yayıb.

O özünün Avropadakı media fəaliyyətlərinə görə 3 həftə öncə qardaşı Səccad Şəhrabinin təhlükəsizlik məmurları tərəfindən həbs edildiyini bildirib.

Xatırladaq ki, bundan əvvəl Sərhədsiz Reportyorlar Təşkilatı xaricdə yaşayan iranlı jurnalistlərin və hökumət əleyhdarlarının ailələrinin Tehran rejimi tərəfindən girov götürülməsi ilə bağlı xəbərdarlıq etmişdi.


Etiketlər:  İran müxalif jurnalistlərin ailələrini girov götürür


RƏYLƏR