Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2023 07:48
2023-cü ilin əvvəlindən Rusiyanı tərk edən İT mütəxəssisinin 19%-i ölkəyə qayıdıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "hh.ru" tədqiqat mərkəzinin mətbuat xidməti məlumat yayıb.
Onların arasında Türkiyədən qayıdanlar üstünlük (25 faiz) təşkil edib. Həmçinin 23 faizlik kəsim Qazaxıstandan, daha 17 faizi Gürcüstan və Ermənistandan, 13 faizi isə Serbiyadan Rusiyaya qayıdıb.
Bu siyahıda eyni zamanda Özbəkistan, Kipr, Qırğızıstan, Monteneqro, Tailand və Belarus da var.