Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2023 09:58
Bazar ertəsi Yaponiyanın cənub-qərbində yarım milyona yaxın insana ölkənin bu bölgəsində davam edən leysan yağışlarının yaratdığı daşqın və torpaq sürüşməsi səbəbindən təxliyə əmri verilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Kurume şəhərində (Fukuoka prefekturunun cənub-qərbində) azı 115 min nəfər təxliyə əmri alıb. Ərazidə daşqın və sürüşmə təhlükəsi beş ballıq şkala üzrə dördüncü səviyyəyə qaldırılıb.
İndiyədək 360 mindən çox insanın təxliyə olunduğu Kumamoto prefekturasının cənub-qərbində də çətin vəziyyət yaranıb.
Yaponiyanın cənub-qərbində hər yay güclü leysan yağışları müşahidə olunur ki, bu da çay daşqınlarına, sürüşmələrə və insan tələfatına səbəb olur.