Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2023 13:42
Tanınmış türkiyəli aktrisa Ayçin Tuyun bir müddətdir süd vəzi xərçəngindən əziyyət çəkir.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, 36 yaşlı aktrisa aldığı kimyaterapiyadan sonra saçlarını qırxdırıb və parikdən istifadə etməyə başlayıb.
Tuyun 3 aydır apardığı müalicənin müsbət nəticə verdiyini və xəstəliyə qalib gələcəyini deyib.
"Xərçəngə baxmayaraq, gülümsəyin. Hər şeyə rəğmən ayaqdayam və yaşayıram", - deyə o, ilk dəfə pariksiz fotosunu paylaşaraq bildirib.