Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2023 16:22
Türkiyəli müğənni Ebru Gündeşin Şəmkirdə toyda Günel Zeynalova ilə eyni səhnəyə çıxmaq istəməsi "Beyaz magazin"də aparıcılar tərəfindən müzakirə edilib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aparıcılardan biri olan Selen Görgüzer Ebrunun Günellə eyni səhnəyə çıxmaq istəməməsini təbii hal adlandırıb:
"Öz vətənində olan bir tədbirdir, ev sahibinin ağlına gəlməyib Güneli siyahıdan çıxartmaq. Buradakı məsələ Reza Zarrab deyil. Ebru yazılan xəbərlərin qarşısını almaq istəyib. Eyni səhnəyə çıxsaydılar yazılacaqdı. Ebru Gündeş böyük addır. Günel də gözəl səs və böyük sənətçidir. Adlarının yan-yana gəlməməsini istəyib. Ebru Gündeşin qərarını dəstəkləyirəm. Uşağının atasının keçmiş nişanlısı ilə səhnəyə çıxmaq istəmədi.
Onun sözlərinə etiraz edən Bilal Özcan "Burada Günel də, Ebru da, Hadisə də müzakirə olunacaq. Günel ailəni dağıtmayıb, Ebrunun ailəsinin dağılmasına Hadisə səbəb olub. Reza Günellə nişanlı olanda Ebruya diqqət göstərib, onunla sevgili olub. O vaxtlar Ebru Rezaya deyirdi ki, Günellə nişanlısan, xəbərlərin yayılır. Günel gəlinlik seçərkən Rezanın Ebruyla birlikdə olduğunu öyrəndi. Reza Ebrunu ələ almaq üçün hər şey edib" sözlərini deyib.
Didem Delen isə "Ebru Gündeşin hirsi hər zaman danışılır. Bunu həmişə eşitmişik. Burada isə keçmiş bir münasibətdir. Günelin Ebrudan gələn reklama ehtiyacı var?" sözlərini əlavə edib.
Selen "Günelin reklama ehtiyacı var, indi də onu danışırıq. Qüruruna sığınardı, açıqlama yazmazdı. Sənin nişanlını əlindən alan bir qadındır, çıxma onunla eyni səhnəyə. Mahnılarını gözəl danışarıq. Amma Ebru ilə maqazin gündəmi oldu. Eyni səhnəyə çıxsaydılar manşet 1 ay davam edərdi. Mən də istəmərəm uşağımın atasının keçmiş nişanlısı ilə eyni yerdə olmağı. Yeni münasibəti var, niyə keçmiş əri ilə gündəmə gəlsin?" deyə, bildirib.
Bilal isə "Günelin reklama ehtiyacı yoxdur. Pulunu qazanır. Qız haqsızlığa uğrayıb, nə etsin? Günel deyir ki, işim əngəllənir, bilin. Öz ölkəsində məclislərdən qazanır, gözəllik salonu da var" deyərək, etiraz edib.
Qeyd edək ki, Günel Ebru Gündeşin keçmiş həyat yoldaşı Reza Zarrabla nişanlı olub. İş adamı Günelə Ebru ilə xəyanət edib. Uzun illərdir ifaçılar arasındakı küsülülüyün səbəbi də budur.