Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2023 07:42
"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri I raundda qarşılaşıblar.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, Polşada "Rakuv" və Estoniya "Flora"sı arasında baş tutan matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar.
Cavab görüşü iyulun 18-də Tallində keçiriləcək.
Qeyd edək ki, "Qarabağ" I təsnifat mərhələsinin ilk matçında "Linkoln"u 2:1 hesabı ilə məğlub edib.