Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maşının qabağına çıxan at ölümcül qəzaya səbəb oldu: 6 nəfər...

Maşının qabağına çıxan at ölümcül qəzaya səbəb oldu: 6 nəfər...

Tarix: 25 Iyul 2023 08:50

Rusiyada axşam saatlarında Saratov vilayətində faciəvi qəza baş verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisəyə səbəb yolun kənarına çıxan heyvan olub.

Aralarında 34 yaşlı sürücü də daxil olmaqla 7 nəfərin olduğu "Lada Largus" markalı avtomobil ata çırpılıb.

Zərbədən sonra avtomobil yararsız hala çevrilib.

Sərnişinlərdən biri yerindəcə ölüb, sürücü və 5 nəfər yaralanıb.

Dörd zərərçəkən xəstəxanaya çatdırılıb, ikisi xəstəxanaya yerləşdirilməkdən imtina edib.

Hadisədə at da ölüb. Qəzanın səbəbləri müəyyənləşdirilir.

Milli.Az


Etiketlər:  Maşının qabağına çıxan ölümcül qəzaya səbəb oldu nəfər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ