Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rasim Balayev və Şəfiqə Məmmədova TƏLTİF EDİLDİ

Rasim Balayev və Şəfiqə Məmmədova TƏLTİF EDİLDİ

Tarix: 2 Avqust 2023 21:09

Mədəniyyət Nazirliyinin fəxri diplomu təsis edilib.

Milli.Az apa-ya istinadən xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Kino Agentliyinin təşkilatçılığı ilə 2 avqust - Milli Kino Günündə Azərbaycan kinosunun 125, "Azərbaycanfilm" kinostudiyasının 100 illik yubileyinə həsr olunmuş tədbirdə mədəniyyət naziri Adil Kərimli deyib.

O bildirib ki, bu mükafatın təsis edilməsində məqsəd mədəniyyət sahəsində həm işləri, həm də pedaqoji fəaliyyəti ilə məşğul olanlara diqqətin göstərilməsi üçündür.

Nazir Xalq artisti Rasim Balayev və Xalq artisti Şəfiqə Məmmədovanın Mədəniyyət Nazirliyinin fəxri diplomu ilə təltif olunduqlarını bildirib.

"Düşünürük ki, bu siyahı daim genişləndiriləcək", - deyə o qeyd edib.

Milli.Az


Etiketlər:  Rasim Balayev Şəfiqə Məmmədova TƏLTİF EDİLDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ