Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Avstraliyaya 22 “HIMARS” sistemi satacaq

ABŞ Avstraliyaya 22 “HIMARS” sistemi satacaq

Tarix: 19 Avqust 2023 13:52

ABŞ Dövlət Departamenti Avstraliyaya 22 "HIMARS" reaktiv yaylım atəşi sisteminin satışını təsdiqləyib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (Defense Security Cooperation Agency) məlumat yayıb.

Agentliyin məlumatına əsasən, Avstraliya ABŞ-dan 22 ədəd reaktiv yaylım atəşi sistemi ilə yanaşı müvafiq avadanlıq da alacaq və satışı nəzərdə tutulan cəmi silahların ümumi dəyəri 975 milyon dollar olacaq.


Etiketlər:  ABŞ Avstraliyaya HIMARS sistemi satacaq


RƏYLƏR