Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT bölgədəki ölkə rəsmilərindən əl-Bağdadinin ləğvi barədə məlumatın təsdiqini gözləyir

BMT bölgədəki ölkə rəsmilərindən əl-Bağdadinin ləğvi barədə məlumatın təsdiqini gözləyir

Tarix: 28 Oktyabr 2019 23:12

Bakı. Trend:

BMT İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin məhv edilməsi barədə məlumatı müstəqil olaraq yoxlaya bilmir və bölgədəki hakimiyyət orqanlarından təsdiq gözləyir.

Trend-in RİA Novosti-yə isnadən verdiyi məlumata görə, bu barədə BMT Baş Katibi müavininin nümayəndəsi Farhan Hak deyib.

Hak vurğulayıb: "Biz bu məlumatı təsdiq edə bilmərik. Bunu bildirən bir sıra mənbələrin etibarlılığına inanırıq. Ancaq əlbəttə ki, hər hansı bir məlumat səlahiyyətlilər tərəfindən "təsdiqlənməlidir".

"İŞİD minlərlə insanın, qadının və uşağın ölümünə səbəb olan ağır cinayətlər törədib. Terrorçuların bütün qurbanlarına ehtiram göstərmək üçün bu andan istifadə etməliyik " deyərək Baş Katibin müavininin nümayəndəsi əlavə edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  bölgədəki ölkə rəsmilərindən Bağdadinin ləğvi barədə məlumatın təsdiqini gözləyir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ