Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2023 23:16
Rusiyada "Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin olduğu təyyarə hava hücumundan müdafiə sistemi vasitəsi ilə açılan atəşlə vurulub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Vaqner"ə yaxın "Telegram" kanalları məlumat verir.
Yayılan digər məlumata görə, təyyarə qəzasının şahidləri hadisədən əvvəl partlayış səsi eşitdiklərini vurğulayıblar.
Məlumatda həmçinin qeyd olunur ki, Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarənin göyərtəsində Yevgeni Priqojinin "sağ əli" hesab olunan Dmitri Utkin də olub. Onun ölümü ilə qruplaşmanın tamamilə başsız qalacağı vurğulanıb.