Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2023 08:54
Son zamanlar etdiyi səhvlərə görə danışılan ABŞ Prezidenti Co Bayden bu dəfə yanlış foto paylaşmasına görə gündəm olub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Bayden Vyetnam lideri Vo Van Thuong ilə görüşü ilə bağlı X sosial media hesabındakı paylaşımında səhvən başqa bir vyetnamlı siyasətçinin fotosunu paylaşıb.
"Prezident Vo Van Thuong, belə məhsuldar görüş üçün təşəkkür edirik. Bu tərəfdaşlıq xalqımızın potensialını və onunla birlikdə bir sıra inanılmaz imkanları açmaq məqsədi daşıyır", - ABŞ lideri fotoya başlıqda yazıb.
Baydenin Vyetnam Milli Assambleyasının spikeri Vuong Dinh Hue ilə təbrik şəklinin yer aldığı səhv paylaşım daha sonra silinib.