Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Manat bahalaşır – SƏBƏBLƏR

Manat bahalaşır – SƏBƏBLƏR

Tarix: 26 Sentyabr 2023 19:20

Bu il manatın xarici valyutalara nisbətən nominal və real məzənnəsində bahalaşma davam edir. 

Sonxeber.net sfera.az-a istinadən xəbər verir ki, avqustda qeyri-neft sektoru üzrə manatın nominal məzənnəsi ötən ilin eyni ayına nisbətən 20,46 faiz yüksəlib. Hazırda manatın nominal məzənnəsi 2000-ci ildən sonra müşahidə edilən ən yüksək məzənnədir. 

Manatın nominal məzənnəsinin yüksəlməsi dolların bahalaşmasına paralel olaraq dollar/manat kursunun sabit qalması ilə bağlıdır. Son aylarda dollar dünyanın əksər valyutalarına, o cümlədən Azərbaycanın ticarət tərəfdaşlarına qarşı bahalaşıb. Dollar/manat kursu sabit olduğundan dolayısı ilə manat da həmin valyutalara qarşı bahalaşmış olub. Buna görə də 2023-cü ildə manatın nominal dəyəri xeyli yüksəlib. İndi manatın nominal dəyəri 2000-ci illə müqayisədə 66,6 faiz yüksəkdir. 

Manatın nominal dəyəri artmaqla yanaşı qeyri-neft sektoru üzrə real dəyərində də yüksəliş müşahidə edilir. Son bir ildə manatın real dəyərində 13,2 faiz artım baş verib. 2000-ci ilə nisbətən isə qeyri-neft sektoru üzrə manatın real məzənnə dəyəri 22 faiz yüksəlib. 

Manatın real dəyərinin yüksəlməsi Azərbaycanda inflyasiyanın ticarət tərəfdaşı olan ölkələrdəki inflyasiyadan yüksək olması ilə bağlıdır. Yüksək inflyasiya ilə əlaqədar Azərbaycanda məhsullar daha baha olur ki, bu da yaxşı hal deyil. Belə vəziyyətdə Azərbaycandan ixrac çətinləşir, idxal isə asanlaşır.


Etiketlər:  Manat bahalaşır SƏBƏBLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ