Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda bir sıra küçə və prospektlərdə işıqforlar işləmir

Bakıda bir sıra küçə və prospektlərdə işıqforlar işləmir

Tarix: 1 Noyabr 2019 09:48

Bakı. Samir Əli - Trend:

Yağışlı hava şəraiti ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində işıqforların işində texniki problem yaranıb.

Bu barədə Trend Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Hazırda işıqforların işinin bərpası ilə bağlı operativ tədbirlər həyata keçirilir.

Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda sıra küçə prospektlərdə işıqforlar işləmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ