Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Əfqanıstanda zəlzələdə ölənlərin 90%-i qadın və uşaqlardır”

“Əfqanıstanda zəlzələdə ölənlərin 90%-i qadın və uşaqlardır”

Tarix: 13 Oktyabr 2023 14:16

BMT rəsmiləri cümə axşamı bildiriblər ki, keçən həftəsonu Əfqanıstanın qərbində baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində ölənlərin 90%-dən çoxu qadın və uşaqlardır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, UNICEF-in Heratdakı ofisinin rəhbəri Siddiq İbrahim zəlzələnin qadın və uşaqların evdə olduğu səhər saatlarında baş verdiyindən ölənlərin də daha çox qadın və uşaq olduğunu deyib.  Bundan başqa, ilk zəlzələnin partlayış olduğunu düşünən insanların evlərinə qaçması da ölənlərin sayını artırıb.

Məlumata görə, Zenda-Canda əksəriyyəti qadınlar olmaqla yüzlərlə adam itkin düşüb.

Milli.Az


Etiketlər:  Əfqanıstanda zəlzələdə ölənlərin qadın uşaqlardır


RƏYLƏR