Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağlı başında olan nüvə müharibəsini qəbul etməz - Putin

Ağlı başında olan nüvə müharibəsini qəbul etməz - Putin

Tarix: 15 Oktyabr 2023 16:32

Ağlı başında olan heç bir insan nüvə dövlətləri arasında müharibə ehtimalını qəbul etməməlidir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" kanalında yayımlanan "Moskva. Kreml. Putin" verilişində deyib.

"Böyük nüvə gücləri arasında müharibədən danışırıqsa, bu, tamamilə fərqli bir hekayədir. Ağlı başında olan insanlarına ağlına belə fikir gəlməməlidir. Əgər gəlirsə, bu bizi ehtiyatlı olmağa məcbur edir. Əgər söhbət həm Rusiya, həm də Çinlə müharibə ehtimalından gedirsə. Əlbəttə ki, cəfəngiyatdır. Bütün bunların ciddi olduğunu düşünmürəm. Məncə, bir-birlərini qorxudurlar", - Putin bildirib.


Etiketlər:  Ağlı başında olan nüvə müharibəsini qəbul etməz Putin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ