Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğan İsrail ordusunun xəstəxananı vurmasını pislədi

Ərdoğan İsrail ordusunun xəstəxananı vurmasını pislədi

Tarix: 17 Oktyabr 2023 23:08

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail ordusunun Qəzzada xəstəxananı atəşə tutmasını pisləyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla bağlı dövlət başçısının "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Qeyd olunub ki, qadınların, uşaqların və günahsız vətəndaşların olduğu xəstəxananın vurulması ən təməl insani dəyərlərdən məhrum hücumlarının son nümunəsidir: "Mən bütün bəşəriyyəti Qəzzada bu misli görünməmiş vəhşiliyi dayandırmaq üçün hərəkətə keçməyə dəvət edirəm".

Milli.Az


Etiketlər:  Ərdoğan İsrail ordusunun xəstəxananı vurmasını pislədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ