Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2023 21:18
Qiyməti ucuz olmasına və asanlıqla tapılmasına rəğmən, dəyəri az bilinən 5 superbitkinin adı açıqlanıb.
Sonxeber.net enerji deposu adlandırılan bitkiləri təqdim edir.
Su tərəsi
A, C və E vitaminləri ilə yanaşı, fol, kalsium və dəmir baxımından olduqca zəngindir. Mütəxəssislər su tərəsinin kələmin sahib olduğu faydaları yerlə yeksan etdiyini bildirir. Əksər insanlar suyun içində yetişən tərənin torpaqda yetişəndən daha ləzzətli olduğunu deyir.
Cəfəri
A, C və K vitamini baxımından zəngin olan cəfəri həm də fol, kalium, dəmir, maqnezium və kalsium qaynağıdır. Ödəm atması, yağ yandırmağa köməkçi olması ilə favorit bitkilərdəndir.
Çuğundur yarpağı
A vitamini ilə zəngin olan çuğundur yarpağının tərkibində dəmir mövcudur və bəsləyici xüssiyyəti var.
Dəniz yosunu
Minerallar, vitaminlər və antioksidant ilə zəngin olan dəniz yosunu sümük suyuna möhtəşəm alternativ ola bilər. Buna görə də ət məhsullarından imtina edənlərə tövsiyə edilir. Yod miqdarı yüksək olduğu üçün tiroid xəstələrinin istifadəsi də məsləhətdir. "Wakame", ya da "dulse flakes" növləri başlanğıc üçün əla seçimlərdir.
Sarımsaq
Antimikrobial, antiviral və antifunqal xüsusiyyətləri mövcuddur. Xəstəliklər və infeksiyalarla savaşmaq qüdrətinə sahibdir. Yüksək təzyiq və xolestroldan əziyyət çəkənlər üçün yardımçı fünksiyası var. Tərkibindəki allisin maddəsini aktivləşdirmək üçün yeməzdən əvvəl əzilməsi məsləhət görülür. (publika.az)