Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əlləriniz və ayaqlarınız həmişə soyuq olur?

Əlləriniz və ayaqlarınız həmişə soyuq olur?

Tarix: 5 Dekabr 2023 03:51

İnsanların 70 faizi barmaqlarının buz kimi olmasından şikayətlənir. Bunun səbəbi barmaqlara kifayət qədər qan çatmamasıdır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bir çoxları bu hala əhəmiyyət vermir, ciddi qəbul etmir. Bunun üçün ilk növbədə bədəndəki qan dövranını yaxşılaşdırmaq lazımdır.

Əgər siz belə bir haldan əziyyət çəkirsinizsə, aşağıdakı məlhəmdən istifadə edə bilərsiniz:

Xiyar, alma və pomidor şirəsinin hərəsindən 50 ml. götürüb, qarışdırın. Alınan məhlulun ¼ hissəsi ilə əl və ayaq barmaqlarınızı ovuşdurun.

Qalan şirəyə 2 xörək qaşığı qaynanmış su və əzilmiş sarımsaq tökün. Hər gecə yatmazdan əvvəl bu qarışıqdan 4 xörək qaşığı için.

Bu məlhəm qan dövranını yaxşılaşdırıb, barmaqlara qanın getməsinə kömək edəcək.

Milli.Az


Etiketlər:  Əlləriniz ayaqlarınız həmişə soyuq olur


RƏYLƏR