Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Atletiko''nun müdafiəçisi İstanbul nəhənginə keçir

''Atletiko''nun müdafiəçisi İstanbul nəhənginə keçir

Tarix: 20 Dekabr 2023 16:24

"Atletiko Madrid"in mərkəz müdafiəçisi Stefan Saviç karyerasını Türkiyədə davam etdirməyi düşünür.

Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, informasiyanı tanınmış jurnalist Yağız Sabuncuoğlu yayıb.

Mənbənin məlumatına görə, ötən yay Səudiyyə Ərəbistanına yollanmaq imkanı olan, lakin Madriddə qalmağa qərar verən Monteneqrolu futbolçu "Fənərbağça"ya keçə bilər. 32 yaşlı oyunçunu buna sövq edən əsas səbəblərdən biri İstanbul nəhəngində çoxdankı dostu Edin Dzekonun oynamasıdır.

Keçid "Atletiko"nun Saviçdən qurtulmağa qərar verəcəyi halda reallaşa bilər. Müdafiəçinin hazırkı müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.


Etiketlər:  Atletikonun müdafiəçisi İstanbul nəhənginə keçir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ