Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

30 ildə ilk dəfə olaraq klaviaturaya yeni düymə əlavə ediləcək

30 ildə ilk dəfə olaraq klaviaturaya yeni düymə əlavə ediləcək

Tarix: 6 Yanvar 2024 05:04

"Microsoft", "Windows 11" fərdi kompüterləri üçün klaviaturada dəyişikliklər edərək, "Copilot" süni intellekt (AI) düyməsi əlavə edir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə şirkətin korporativ vitse-prezidenti və marketinq direktoru Yusuf Mehdi məlumat verib.

Onun sözlərinə görə, "Windows" düyməsinin yanında yerləşəcək yeni düymənin əlavə edilməsi klaviaturada 30 ildə ilk ciddi dəyişiklik olacaq.

"Biz inanırıq ki, bu, insanların süni intellekt transformasiyasında iştirakını asanlaşdıracaq", - deyə Mehdi korporativ bloqda yazıb.

Qeyd edək ki, "Microsoft 365 Copilot" "Word" və "Excel" proqramlarında süni intellekt funksiyalarını həyata keçirməyə imkan verir.

Milli.Az


Etiketlər:  30 ildə ilk dəfə olaraq klaviaturaya yeni düymə əlavə ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ