Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Erməni deputatdan Bakıya inanılmaz jest: Bu xəritələrlə...

Erməni deputatdan Bakıya inanılmaz jest: Bu xəritələrlə...

Tarix: 16 Yanvar 2024 19:38

Azərbaycan hüquqi qüvvəyə malik başqa bir xəritə təklif etsin.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bunu Ermənistan parlamentinin "Mülki Müqavilə" fraksiyasından olan deputatı Gevorq Papoyan deyib.

"Eradan əvvəl II əsrin xəritəsi, 1828-ci il Türkmənçay müqaviləsindən sonrakı xəritə gətirilə bilərlər, amma bunlar ciddi deyil. Biz elə xəritə təqdim etməliyik ki, orada Ermənistan və Azərbaycan müstəqil dövlətlər olub, yaxud SSRİ daxilində müəyyən sərhədlər var idi", - Papoyan bildirib.

Xatırladaq ki, 1920-ci ilin 11 yanvarında Birinci Dünya müharibəsinin yekunları ilə bağlı keçirilən Versal konfransının Ali Şurasında Azərbaycan Xalq Cümhuriyyəti ABŞ, Böyük Britaniya, Fransa da daxil olmaqla, 20-yə yaxın dünya dövlətləri tərəfindən tanınıb. Elə həmin gün Versal konfransının bu qərarı Ermənistana da şamil edildi. Əgər Gevorq Papoyan məhz müstəqil dövlətlərin mövcud olduğu xəritənin ortaya qoyulmasını istəyirsə, o zaman 1920-ci il 11 yanvarında, müstəqilliyin tanınması zamanı olan xəritələrlə sərhəd müəyyənləşə bilər.

Sözügedən xəritəni təqdim edirik:

Milli.Az


Etiketlər:  Erməni deputatdan Bakıya inanılmaz jest Bu xəritələrlə


RƏYLƏR