Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə İsrail qırıcıları üçün yanacaq satır? - Açıqlama

Türkiyə İsrail qırıcıları üçün yanacaq satır? - Açıqlama

Tarix: 10 Aprel 2024 01:14

Bəzi sosial media səhifələrində "İsrail qırıcıları üçün Türkiyə yanacaq verir" iddiaları həqiqəti əks etdirmir.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin Dezinformasiya ilə Mübarizə Mərkəzinin məlumatında deyilir.

"Nəzərə çatdırırıq ki, İsrailə yanacaq göndərilmir. Türkiyə ərazisindəki hava limanlarında İsrailə məxsus mülki təyyarələr üçün yanacaq satın alınır. Satılan yanacaq tamamən mülki təyyarələr üçündür. Manipulyativ informasiyalara etibar etməyin", - deyə bildirilib.


Etiketlər:  Türkiyə İsrail qırıcıları üçün yanacaq satır Açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ