Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2024 09:26
"Ukraynanın Xarkov vilayətində Rusiya ilə sərhədə yaxın yerləşən 47 yaşayış məntəqəsində yaşayan uşaqlı ailələr məcburi təxliyə olunacaq".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Xarkov vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.
O qeyd edib ki, məcburi təxliyə ilə bağlı qərar Regional Müdafiə Şurasının iclasında qəbul edilib:
"Söhbət yalnız Xarkov, Boqoduxovski və İzyum rayonlarında Rusiya ilə sərhədə yaxın yaşayış məntəqələrindən gedir. Bildiyimizə görə, həmin yaşayış məntəqələrində 182 uşaq yaşayır".
O qeyd edib ki, təxliyə Xarkov şəhərinin özünə şamil olunmayacaq.
Qurum rəsmisi bildirib ki, təxliyə marşrutları müəyyən edilib, insanların müvəqqəti yaşaması üçün yerlər bronlaşdırılıb.