Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Whatsapp''a yeni funksiya gəlir - FOTO

''Whatsapp''a yeni funksiya gəlir - FOTO

Tarix: 22 Aprel 2024 20:52

"WhatsApp" tərtibatçıları yeni funksiya təqdim etməyə hazırlaşırlar.

Sonxeber.net bildirir ki, BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir.

Messencerin "Android" 2.24.2.20 yeniləməsi ilə tətbiqə əlavə olunacaq yeni bir xüsusiyyət açıqlanıb.

"WhatsApp"da fayl paylaşımı dövrü

"WhatsApp" yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.

Bu yolla istifadəçilər internetsiz faylları paylaşa biləcəklər. Şirkət həmçinin paylaşılan faylların şifrələnəcəyini qeyd edir.

İstifadəçilər məxfilik və təhlükəsizliyi təmin edərək yaxınlıqdakı başqaları tərəfindən görülüb-görülməmələrinə tam nəzarət edəcəklər.

"WhatsApp" yeni funksiya sayəsində böyük faylları paylaşmağı daha da asanlaşdıracaq.


Etiketlər:  Whatsappa yeni funksiya gəlir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ