Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cənnətməkanda məktəbə soxulan ayı güllələndi - FOTO

Cənnətməkanda məktəbə soxulan ayı güllələndi - FOTO

Tarix: 15 May 2024 20:02

Bu gün Özbəkistanın Surxandərya vilayətinin Sarıası rayonunun Cənnətməkan məhəlləsində ayı peyda olub.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Ekologiya Nazirliyi ayının əks olunduğu videoya münasibət bildirib. Ekoloqların sözlərinə görə, ayını zərərsizləşdirməyə çalışıblar, lakin heyvan polis əməkdaşlarından birinə hücum edərək onu yaralayıb. Ayı həmin an şagirdlərin olduğu 74 saylı məktəbin ərazisinə də daxil olub.

Yırtıcı heyvan aqressiv olub və məktəblilərin həyatı üçün təhlükə törədib, ona görə də asayiş keçişikçiləri operativ hərəkət etməli olub, ayını güllələyiblər.

Heyvanın hücumuna məruz qalan polis əməkdaşı hazırda tibbi müayinədən keçirilir.

Bildirilir ki, aprel ayında Cizzax kəndinə ayı da girib, ancaq o zman hər şey yaxşı yekunlaşıb.

Milli.Az


Etiketlər:  Cənnətməkanda məktəbə soxulan ayı güllələndi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ