Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2019 10:28
Bakı. Trend:
“Ulduz-Həzi Aslanov" sahəsində qatarların hərəkəti bərpa olunub.
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Trend-ə verdiyi məlumata görə, noyabrın 24-də saat 05:41 dəqiqədə "Həzi Aslanov-Dərnəgül" xətti üzrə sərnişinsiz hərəkət edən ilk qatarın maşinisti "Qara Qarayev" stasiyasına yaxınlaşanda təmas relsində nasazlıq aşkar edib.
Nasazlığın operativ qaydada aradan qaldırılması məqsədilə dərhal "Bakı Metropoliteni" QSC-nin qəza-bərpa vasitələri, rəhbər işçiləri və müvafiq struktların mütəxəssisləri cəlb ediliblər.
Həmin vaxt "Ulduz-Həzi Aslanov" istiqamətində qatarların hərəkəti dayandırılıb, saat 6:00-da həmin istiqamətdə yerləşən stansiyalar sərişinlərin girişinə açılmayıb.
Metropolitendə qatarların hərəkəti Qırmızı və Yaşıl xətlər üzrə "Nəriman Nərimanov-İçərişəhər", "Nəriman Nərimanov-Dərnəgül" сащясиндя щяр ики istiqamətdə 3 dəqiqəlik intervalla təşkil edilib. Bənövşəyi xətt üzrə və "Cəfər Cabbarlı-Xətai" mənzilində qatarlar normal iş rejimi şəraitində fəaliyyət göstərib.
"Ulduz-Həzi Aslanov" sahəsində sərnişinlərin daşınması üçün Bakı Nəqliyyat Agentliyinə müraciət olunub.
Saat 10:15-də nasazlıq tam aradan qaldırılıb, sərnişinlərin təhlükəsizliyi təmin olunmaqla, Qırmızı və Yaşıl xətlərdə qatarların qrafik üzrə normal işi bərpa olunub.
Baş vermiş hadisənin səbəbləri araşdırılır, nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
"Bakı Metropoliteni" QSC yaranmış narahatlığa görə sərnişinlərindən üzr istəyir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin