Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təhlükəli allergiya riskini belə azaltmaq olar

Təhlükəli allergiya riskini belə azaltmaq olar

Tarix: 30 Iyun 2024 04:06

Təhlükəli allergiya riskini 81% azaltmağın yolu tapılıb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, körpəlikdən beş yaşa qədər uşaqları fıstıqla qidalandırmaq fıstıq allergiyası riskini 81% azalda bilər.

Təcrübədə uşaqların yarısı körpəlikdən beş yaşına qədər müntəzəm olaraq fıstıq məhsullarından istifadə edib, digər yarısı isə bu müddət ərzində fıstıqdan qaçıb. Fıstıq məhsullarının qida rasionuna erkən daxil edilməsi beş yaşında fıstıq allergiyası riskini 81% azaldıb.

12 yaşında fıstıqdan uzaq duran iştirakçıların 15,4%-i (246 uşaqdan 38-i) və uşaqlıqdan fıstıq yeyənlərin 4,4%-i (251 uşaqdan 11-i) fıstıq allergiyası inkişaf etdirib.


Etiketlər:  Təhlükəli allergiya riskini belə azaltmaq olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ