Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
 
        
        
Tarix: 24 Iyul 2024 08:00
Macarıstan Rusiya neftinin tədarükünü dayandırdığı üçün Ukraynaya ultimatum göndərib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
O bildirib ki, Kiyev neft tədarükünü bərpa edənə qədər ölkə Ukraynaya Avropa Sülh Fondu çərçivəsində 6,5 milyard avroluq hərbi yardımın maliyyələşdirilməsi proqramını bloklamaqda davam edəcək.
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    