Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan Papa ilə danışdı: Paris-2024-ü sərt tənqid etdi

Ərdoğan Papa ilə danışdı: Paris-2024-ü sərt tənqid etdi

Tarix: 1 Avqust 2024 18:40

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Roma Papası Fransisk arasında telefon danışığı baş tutub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Telefon danışığı zamanı Ərdoğan Parisdə Olimpiya Oyunlarının açılış mərasimində nümayiş etdirilən əxlaqsız səhnələri tənqid edib.

Türkiyə lideri bu addımların hiddət və kəskin reaksiyalara səbəb olduğunu diqqətə çatdırıb:

"İfadə azadlığı və tolerantlıq pərdəsi altında insan ləyaqətinin tapdalanılıb, dini və əxlaqi dəyərlərin ələ salınıb. Bu, xristian dünyası qədər müsəlmanları da incidib. Birlikdə səsimizi ucaltmalı və bunlara qarşı ortaq mövqe nümayiş etdirməliyik. İnsanları birləşdirmək üçün keçirilən Olimpiya Oyunlarında dini dəyərlərə meydan oxumaq, təbliğat aparmaq doğru deyil".

Bundan başqa, tərəflər Yaxın Şərqdə davam edən müharibəni və HƏMAS lideri İsmayıl Haniyənin ölümünü də müzakirə ediblər.
 

Milli.Az


Etiketlər:  Ərdoğan Papa ilə danışdı Paris 2024 sərt tənqid etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ