Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəşad Sadıqov: Sabahkı matçda oyun planlarımızı həyata keçirməyə çalışacağıq

Rəşad Sadıqov: Sabahkı matçda oyun planlarımızı həyata keçirməyə çalışacağıq

Tarix: 7 Avqust 2024 21:22

Sabahkı matçda oyun planlarımızı həyata keçirməyə çalışacağıq.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Osiyek"lə (Xorvatiya) ilk oyundan öncə keçirilən mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis sabah vacib görüşə çıxacaqlarını bildirib:

"Sabah bizi vacib oyun gözləyir. Rəqib komanda doğma meydanda sərfəli nəticə qazanmağa çalışacaq. Bizdə əlimizdən gələni edəcəyik ki, Bakıya bizə sərf edən hesabla geri qayıdaq. Yaxşı kollektivə qarşı mübarizə aparacağıq. "Osiyek" maraqlı və baxımlı futbol nümayiş etdirir. Onların böyük azarkeş ordusu var. Sabahkı matçda oyun planlarımızı həyata keçirməyə çalışacağıq".

Qeyd edək ki, avqustun 8-də keçiriləcək "Osiyek" - "Zirə" matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.

Milli.Az


Etiketlər:  Rəşad Sadıqov Sabahkı matçda oyun planlarımızı həyata keçirməyə çalışacağıq


RƏYLƏR