Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vəziyyət daha da pisləşəcək - Starmer

Vəziyyət daha da pisləşəcək - Starmer

Tarix: 25 Avqust 2024 20:36

Böyük Britaniyanın Baş naziri Keyr Starmer avqustun 27-də ölkədəki cari vəziyyətlə bağlı geniş məzmunlu çıxış edəcək.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, çıxışdan əvvəl baş nazirin nitqinin əsas məqamları media nümayəndələri ilə paylaşılıb.

Starmer çıxışında Böyük Britaniyada həyat şəraitinin yaxşılaşmazdan əvvəl daha da pisləşəcəyini vurğulayacaq.

Baş nazir Mühafizəkarlar Partiyasından ölkəyə iqtisadi və cəmiyyətlə bağlı ciddi problemlərin miras qaldığını bildirəcək. Baş nazir bu çətinlikləri aradan qaldırmaq üçün təcili tədbirlər görmək və ənənəvi yanaşmalardan kənara çıxmağın zəruri olduğunu deyəcək. Həmçinin, Starmer dövlət büdcəsində 22 milyard funt-sterlinq həcmində kəsir olduğunu vurğulayacaq. Baş nazir çıxışında həbsxanalarda yer çatışmazlığı probleminə də toxunacaq.


Etiketlər:  Vəziyyət daha pisləşəcək Starmer


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ