Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2024 11:30
Rusiya Prezidenti Vladimir Putini danışıqlara məcbur edənə qədər Kurskda tutduğumuz əraziləri saxlamağı planlaşdırırıq. Çünki bu, qələbə planının tərkib hissəsidir
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski "NBC Nyus"a müsahibəsində deyib.
Eyni zamanda prezident əlavə edib ki, bu plan barədə beynəlxalq tərəfdaşlara, o cümlədən ABŞ-a bildirəcək.
"Ukrayna Rusiya ərazisinə hücumunu genişləndirməyi planlaşdırırmı?" sualına Zelenski, bu barədə danışa bilməyəcəyini deyib.
Onun sözlərinə görə, Kursk əməliyyatı Ukraynanın müttəfiqləri üçün gözlənilməz olub:
"Bəli, heç kimə deməmişdik. Bu, inamsızlıq məsələsi deyil. Kiyevin keçən yay əks-hücumu böyük dərəcədə reklam edildi və bu, ruslara hazırlaşmağa imkan verdiyi üçün uğursuz oldu".