Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mandarinin möcüzəvi FAYDALARI

Mandarinin möcüzəvi FAYDALARI

Tarix: 4 Sentyabr 2024 22:24

Payız və qış mövsümünün meyvələrindən sayılan mandarinin (naringi) insan orqanizminə ciddi faydaları var. C vitamini ilə zəngin olan mandarini payız və qış aylarında istifadə etsəniz, bu həm artıq çəki almağınıza mane olacaq, həm də sizi bir sıra xəstəliklərdən qoruyacaq.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, mandarinin bilinməyən bir sıra faydalarını təqdim edir:

1) Bu meyvə A, B, C vitaminləri, həmçinin kalsium, kalium, maqnezium, natrium, dəmir, brom və fosfor minerallarına malik olmaqla, istifadə zamanı bədəni möhkəmləndirir, qanı təmizləyir. vakansiyalar

2) Madarinin qabığında olan P vitamini keks və şirniyyatlar hazırlanarkən istifadə olunur, bu, şirniyyata ləzzət və xoş qoxu verir, eyni zamanda, xolesterolu və yüksək təzyiqi salmağa da köməkçi olur.

3) Ürək və damar xəstəliklərinə qarşı qoruyucu olan mandarin ömür boyu sağlamlığınızı təmin edir.

4) Naringi damar sərtliyi və iflic xəstəliyində də faydalıdır. Damar sərtliyi olan hər kəs və əsasən orta yaş qrupuna aid olanların bu meyvəni bol-bol yeməsi vacibdir.

5) Sinirləri sakitləşdirən mandarin eyni zamanda qripə qarşı da qoruyucu vasitə funksiyası yerinə yetirir.

6)  Axşam yeməyindən sonra yeyiləcək bir mandarin daha rahat yuxunu təmin edir.

7) İmmunitet sistemini gücləndirən bu meyvəni eyni zamanda cem hazırlayarkən də istifadə edə bilərsiniz. 

Bu zaman qabıqlarından əldə edəcəyiniz qoxu sayəsində evinizi ətirli edə bilərsiniz. 

Milli.Az


Etiketlər:  Mandarinin möcüzəvi FAYDALARI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ