Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2024 06:33
Yapon alimləri yeni diş çıxarmaq üçün hazırlanmış dərman preparatını insanlar üzərində sınaqdan keçirməyə başlayıblar.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, yeni dərman preparatı artıq siçanlar və gəlinciklərdə öz effektivliyini göstərib.
Bu texnologiya təkcə anadangəlmə diş çatışmazlığı olan insanlara deyil, həm də zədə və ya kariyes nəticəsində dişlərini itirmiş və tibbi səbəblərdən protez taxa bilməyənlərə də kömək edəcək.
Dərmanın necə işlədiyi, alimlərin hansı problemlərlə qarşılaşa biləcəyi və bu texnologiyanın implantları əvəz edib-etməyəcəyi hələ tam məlum deyil.
Məlumata görə sentyabrın 1-də Kyoto Universitetinin alimləri dişlərin bərpası üçün dərmanın klinik sınaqlarına başlayıblar. Onlar bir ildən sonra - 2025-ci ilin avqustunda tamamlanacaq. Hər şey plana uyğun getsə, dərman 2030-cu ildə satışa çıxarılacaq.
Tədqiqatda ən azı bir azı dişi itmiş 30-65 yaş arası 30 kişi iştirak edəcək. Sınaqın birinci mərhələsi başa çatdıqdan sonra preparat doğuşdan ən azı dörd dişi əskik olan 2 yaşdan 7 yaşa qədər olan xəstələrdə sınaqdan keçiriləcək.
Milli.Az