Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2024 17:00
Yaxın vaxtlarda Dubayda 380 metr hündürlüyü və 22,5 metr eni olan yeni göydələn inşa ediləcək.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, məlumatı "Naked science" yayıb.
Məlumata görə, İspaniya memarlıq studiyası tərəfindən layihələndirilən "Muraba Veil" adlanan bina 73 mərtəbədən ibarət olacaq. Binada 131 mənzil, spa, restoran, incəsənət qalereyası kimi obyektlərin inşası nəzərdə tutulub.
Memarların fikrincə, unikal bina Dubaya gələn turistlərin diqqətini çəkəcək, lakin dünyanın ən "dar" göydələni titulu ona məxsus olmayacaq. Bu ad hazırda Nyu Yorkdakı "Steinway Tower "adlı binaya aiddir. Onun eni cəmi 18 metrdir.