Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2024 23:44
Əczaçılıq, mühasibatlıq və digər bu kimi bir ısra peşələr üçün bir neçə aylıq kursa gedənlər sonradan iş tapmaqda çətinlik çəkirlər. Onlar 3-6 aylıq kurs bitirib setfikatla iş axtarırlar. Lakin bir çox hallarda istəklərinə nail ola bilmirlər.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, mütəxxəsislər bildirirlər ki, qısa müddətdə öyrətmək vədi verilən kursların əskəriyyətinin sertfikatı yararsız hesab olunur.
Təhsil eksperti Elşən Qafarov deyir ki, bir çox bu cür kursların tədqim etdiyi sertfikatlar işə qəbulda əsassız sayılır.
Elşən Qafarovun sözlərinə görə, təqdim edilən sertfikatın yararlı sayılması üçün ilk növbədə həmin kursun adiyyəti qurumdan lisenziyası olmalıdır.
Ekspert onu da əlavə edib ki, vətəndaşlar müraciət etdikləri kursların dövlət lisenziyalı olub-olmamasına diqqət etməlidirlər. Əks halda bu həm vaxt, həm də pul itkisinə səbəb ola bilər.
Sonxeber.net xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir: