Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni il ərəfəsində quş əti məhsulları niyə bahalaşır?

Yeni il ərəfəsində quş əti məhsulları niyə bahalaşır?

Tarix: 9 Dekabr 2024 21:12

Son günlərdə quş əti məhsullarının qiymətində artım müşahidə olunur.

Sonxeber.net-ın məlumatına görə, əsas ərzaq kateqoriyalarından olan bu məhsulun bahalaşması həm istehlakçıların gündəlik xərclərini artırır, həm də restoran və ictimai iaşə sektoruna təsir edir.

Marketlərdə toyuq ətinin qiymətlərində 0.50-1 AZN arasında bahalaşma müşahidə olunur. Əvvəllər 17-18 manata alınan hind toyuğu ətinin qiyməti isə 19-20 manata yüksəlib.

Bahalaşma ilə bağlı BAKU.WS-ə danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, burada səbəblərdən biri tələbin qısamüddətli dövr üçün kəskin artmasıdır:

"Digər səbəb isə təklif aspektindən müəyyən gecikmələrin ortaya çıxması və həmçinin bu istiqamətdə yerli istehsalçıların bazarın tələbinə uyğun olaraq məhsulu bazara təklif edə bilməməsi amilidir. Eyni zamanda burada digər faktorlar da təbii ki, öz rolunu oynayır.

Məhsullar bu bazarda, xüsusilə də çox dinamikdir, qismən liberal bazar hesab olunur. Çünki xüsusilə yerli təchizatçıların sayı çoxdur və bu istiqamətdə idxal meyilləri də vardır. Buna görə də bolluq yaranan kimi qiymətlər ucuzlaşır. Əksinə təchizat zəncirində müəyyən problemlər ortaya çıxanda, xüsusilə də broyerlərin hər hansı birində məhsul istehsalı ilə bağlı çatışmamazlıq ortaya çıxanda və broyler bazara məhsul təklif etməyəndə qısa müddətdə qiymətlərdə öz əksini tapır. Yəni bildirdiyimiz kimi, bu bazarda, xüsusilə də qiymət elastikliyi çox yüksəkdir".


Etiketlər:  Yeni ərəfəsində quş əti məhsulları niyə bahalaşır


RƏYLƏR